Azəri
Surah Al-A'la ( The Most High ) - Aya count 19
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى
( 1 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 1 Al-A'la ( The Most High ) - Aya 1](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!
الَّذِي خَلَقَ فَسَوَّىٰ
( 2 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 2 Al-A'la ( The Most High ) - Aya 2](style/islamic/icons/mp3.png)
O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
وَالَّذِي قَدَّرَ فَهَدَىٰ
( 3 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 3 Al-A'la ( The Most High ) - Aya 3](style/islamic/icons/mp3.png)
O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ
( 4 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 4 Al-A'la ( The Most High ) - Aya 4](style/islamic/icons/mp3.png)
O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ
( 5 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 5 Al-A'la ( The Most High ) - Aya 5](style/islamic/icons/mp3.png)
Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ
( 6 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 6 Al-A'la ( The Most High ) - Aya 6](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ
( 7 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 7 Al-A'la ( The Most High ) - Aya 7](style/islamic/icons/mp3.png)
Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
( 8 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 8 Al-A'la ( The Most High ) - Aya 8](style/islamic/icons/mp3.png)
Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ
( 9 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 9 Al-A'la ( The Most High ) - Aya 9](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
( 10 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 10 Al-A'la ( The Most High ) - Aya 10](style/islamic/icons/mp3.png)
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
وَيَتَجَنَّبُهَا الْأَشْقَى
( 11 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 11 Al-A'la ( The Most High ) - Aya 11](style/islamic/icons/mp3.png)
Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ
( 12 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 12 Al-A'la ( The Most High ) - Aya 12](style/islamic/icons/mp3.png)
(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
( 13 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 13 Al-A'la ( The Most High ) - Aya 13](style/islamic/icons/mp3.png)
Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ
( 14 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 14 Al-A'la ( The Most High ) - Aya 14](style/islamic/icons/mp3.png)
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ
( 15 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 15 Al-A'la ( The Most High ) - Aya 15](style/islamic/icons/mp3.png)
O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا
( 16 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 16 Al-A'la ( The Most High ) - Aya 16](style/islamic/icons/mp3.png)
Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ
( 17 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 17 Al-A'la ( The Most High ) - Aya 17](style/islamic/icons/mp3.png)
Halbuki axirət daha xeyirli və daha baqidir.
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ
( 18 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 18 Al-A'la ( The Most High ) - Aya 18](style/islamic/icons/mp3.png)
Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -
صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ
( 19 ) ![Azəri - Al-A'la ( The Most High ) - Aya 19 Al-A'la ( The Most High ) - Aya 19](style/islamic/icons/mp3.png)
İbrahimin və Musanın kitablarında!