Azəri
Surah At-Tur ( The Mount ) - Aya count 49
وَالطُّورِ
( 1 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 1 At-Tur ( The Mount ) - Aya 1](style/islamic/icons/mp3.png)
And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;
وَكِتَابٍ مَّسْطُورٍ
( 2 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 2 At-Tur ( The Mount ) - Aya 2](style/islamic/icons/mp3.png)
And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -
فِي رَقٍّ مَّنشُورٍ
( 3 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 3 At-Tur ( The Mount ) - Aya 3](style/islamic/icons/mp3.png)
Açıq dəri üzərində (olan kitaba);
وَالْبَيْتِ الْمَعْمُورِ
( 4 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 4 At-Tur ( The Mount ) - Aya 4](style/islamic/icons/mp3.png)
And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;
وَالسَّقْفِ الْمَرْفُوعِ
( 5 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 5 At-Tur ( The Mount ) - Aya 5](style/islamic/icons/mp3.png)
And olsun yüksək tavana (uca göyə)
وَالْبَحْرِ الْمَسْجُورِ
( 6 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 6 At-Tur ( The Mount ) - Aya 6](style/islamic/icons/mp3.png)
Və dolub daşan (alovlanan) dənizə ki,
إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ
( 7 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 7 At-Tur ( The Mount ) - Aya 7](style/islamic/icons/mp3.png)
Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
مَّا لَهُ مِن دَافِعٍ
( 8 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 8 At-Tur ( The Mount ) - Aya 8](style/islamic/icons/mp3.png)
Onu heç kəs dəf edə bilməz!
يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا
( 9 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 9 At-Tur ( The Mount ) - Aya 9](style/islamic/icons/mp3.png)
O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
وَتَسِيرُ الْجِبَالُ سَيْرًا
( 10 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 10 At-Tur ( The Mount ) - Aya 10](style/islamic/icons/mp3.png)
Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 11 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 11 At-Tur ( The Mount ) - Aya 11](style/islamic/icons/mp3.png)
O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ
( 12 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 12 At-Tur ( The Mount ) - Aya 12](style/islamic/icons/mp3.png)
O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا
( 13 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 13 At-Tur ( The Mount ) - Aya 13](style/islamic/icons/mp3.png)
O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
هَٰذِهِ النَّارُ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ
( 14 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 14 At-Tur ( The Mount ) - Aya 14](style/islamic/icons/mp3.png)
(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!
أَفَسِحْرٌ هَٰذَا أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ
( 15 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 15 At-Tur ( The Mount ) - Aya 15](style/islamic/icons/mp3.png)
(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?
اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
( 16 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 16 At-Tur ( The Mount ) - Aya 16](style/islamic/icons/mp3.png)
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ
( 17 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 17 At-Tur ( The Mount ) - Aya 17](style/islamic/icons/mp3.png)
Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.
فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ
( 18 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 18 At-Tur ( The Mount ) - Aya 18](style/islamic/icons/mp3.png)
Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ
( 19 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 19 At-Tur ( The Mount ) - Aya 19](style/islamic/icons/mp3.png)
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;
مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ
( 20 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 20 At-Tur ( The Mount ) - Aya 20](style/islamic/icons/mp3.png)
Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.
وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُم مِّنْ عَمَلِهِم مِّن شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ
( 21 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 21 At-Tur ( The Mount ) - Aya 21](style/islamic/icons/mp3.png)
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
وَأَمْدَدْنَاهُم بِفَاكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ
( 22 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 22 At-Tur ( The Mount ) - Aya 22](style/islamic/icons/mp3.png)
Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.
يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ
( 23 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 23 At-Tur ( The Mount ) - Aya 23](style/islamic/icons/mp3.png)
Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.
وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ
( 24 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 24 At-Tur ( The Mount ) - Aya 24](style/islamic/icons/mp3.png)
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
( 25 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 25 At-Tur ( The Mount ) - Aya 25](style/islamic/icons/mp3.png)
Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ
( 26 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 26 At-Tur ( The Mount ) - Aya 26](style/islamic/icons/mp3.png)
Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ
( 27 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 27 At-Tur ( The Mount ) - Aya 27](style/islamic/icons/mp3.png)
Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ
( 28 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 28 At-Tur ( The Mount ) - Aya 28](style/islamic/icons/mp3.png)
Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”
فَذَكِّرْ فَمَا أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ
( 29 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 29 At-Tur ( The Mount ) - Aya 29](style/islamic/icons/mp3.png)
Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ
( 30 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 30 At-Tur ( The Mount ) - Aya 30](style/islamic/icons/mp3.png)
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər.
قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُم مِّنَ الْمُتَرَبِّصِينَ
( 31 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 31 At-Tur ( The Mount ) - Aya 31](style/islamic/icons/mp3.png)
De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!”
أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُم بِهَٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ
( 32 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 32 At-Tur ( The Mount ) - Aya 32](style/islamic/icons/mp3.png)
Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.
أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَل لَّا يُؤْمِنُونَ
( 33 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 33 At-Tur ( The Mount ) - Aya 33](style/islamic/icons/mp3.png)
Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِينَ
( 34 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 34 At-Tur ( The Mount ) - Aya 34](style/islamic/icons/mp3.png)
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!
أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ
( 35 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 35 At-Tur ( The Mount ) - Aya 35](style/islamic/icons/mp3.png)
Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!
أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ
( 36 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 36 At-Tur ( The Mount ) - Aya 36](style/islamic/icons/mp3.png)
Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
أَمْ عِندَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ
( 37 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 37 At-Tur ( The Mount ) - Aya 37](style/islamic/icons/mp3.png)
Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!
أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَانٍ مُّبِينٍ
( 38 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 38 At-Tur ( The Mount ) - Aya 38](style/islamic/icons/mp3.png)
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ
( 39 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 39 At-Tur ( The Mount ) - Aya 39](style/islamic/icons/mp3.png)
Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
( 40 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 40 At-Tur ( The Mount ) - Aya 40](style/islamic/icons/mp3.png)
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
( 41 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 41 At-Tur ( The Mount ) - Aya 41](style/islamic/icons/mp3.png)
Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)
أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ
( 42 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 42 At-Tur ( The Mount ) - Aya 42](style/islamic/icons/mp3.png)
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!
أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ
( 43 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 43 At-Tur ( The Mount ) - Aya 43](style/islamic/icons/mp3.png)
Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!
وَإِن يَرَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَّرْكُومٌ
( 44 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 44 At-Tur ( The Mount ) - Aya 44](style/islamic/icons/mp3.png)
Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ
( 45 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 45 At-Tur ( The Mount ) - Aya 45](style/islamic/icons/mp3.png)
Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!
يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ
( 46 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 46 At-Tur ( The Mount ) - Aya 46](style/islamic/icons/mp3.png)
O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
( 47 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 47 At-Tur ( The Mount ) - Aya 47](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ
( 48 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 48 At-Tur ( The Mount ) - Aya 48](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!
وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ
( 49 ) ![Azəri - At-Tur ( The Mount ) - Aya 49 At-Tur ( The Mount ) - Aya 49](style/islamic/icons/mp3.png)
Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)