Azəri
Surah Al-Mursalat ( Those sent forth ) - Aya count 50
وَالْمُرْسَلَاتِ عُرْفًا
( 1 ) And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
فَالْعَاصِفَاتِ عَصْفًا
( 2 ) And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
وَالنَّاشِرَاتِ نَشْرًا
( 3 ) And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
فَالْفَارِقَاتِ فَرْقًا
( 4 ) And olsun (haqla batili) ayıranlara;
فَالْمُلْقِيَاتِ ذِكْرًا
( 5 ) And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
عُذْرًا أَوْ نُذْرًا
( 6 ) (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ
( 7 ) Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
فَإِذَا النُّجُومُ طُمِسَتْ
( 8 ) Ulduzlar sönəcəyi;
وَإِذَا السَّمَاءُ فُرِجَتْ
( 9 ) Göy yarılacağı;
وَإِذَا الْجِبَالُ نُسِفَتْ
( 10 ) Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ
( 11 ) Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ
( 12 ) (Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
لِيَوْمِ الْفَصْلِ
( 13 ) (Həmin suala cavab olaraq deyiləcəkdir:) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ
( 14 ) Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 15 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ
( 16 ) Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ
( 17 ) Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ
( 18 ) Biz günahkarlarla belə rəftar edirik.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 19 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ
( 20 ) Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ
( 21 ) Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ
( 22 ) Müəyyən bir vaxta qədər.
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ
( 23 ) Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 24 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا
( 25 ) Məgər Biz yeri məskən etmədikmi
أَحْيَاءً وَأَمْوَاتًا
( 26 ) Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا
( 27 ) Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 28 ) O gün vay halına (bu ne’mətləri) yalan sayanların!
انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ
( 29 ) (O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ
( 30 ) Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ
( 31 ) O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ
( 32 ) O (hər biri) bir saray boyda qığılcımlar saçar.
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ
( 33 ) O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 34 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ
( 35 ) Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
( 36 ) Onlara üzr istəməyə izin də verilməz.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 37 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ
( 38 ) Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ
( 39 ) (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 40 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ
( 41 ) Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ
( 42 ) İstədikləri meyvə içində olacaqlar!
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ
( 43 ) (Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
( 44 ) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 45 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ
( 46 ) (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 47 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ
( 48 ) Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
( 49 ) O gün vay halına (qiyaməti) yalan sayanların!
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
( 50 ) (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!